Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
"Gündəmtv.az" Bakupost.az-a istinadla xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.