"Olduğum bütün ölkələrdə azərbaycanlı olduğumu deyərkən ən çox eşitdiyim iki cümlə var: Birincisi, "Bakı Şərqin ən gözəl şəhərlərindəndir, bir gün orda olmağı çox istəyirəm", ikincisi isə "siz bir aya inanılmaz müharibə taktikaları ilə torpaqlarınızı azad etmişdiniz, bilirəm".
Gündəmtv.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov qeyd edib. O, həmçinin Vətən müharibəsinə görə, bir sıra xarici ölkələrdə Azərbaycana heyranlıq duyanlar olduğunu bildirib:
"Dəfələrlə olub ki, məndən soruşublar ki, o düzdür ki, sizin əsgərlər sadəcə tapança bıçaqla gecə vaxtı sıldırım dağlara dırmaşıb, düşmən üstünə hücum ediblər? Mən də həvəslə Şuşa əməliyyatından danışmışam.
Sonra deyirlər ki, sizin müharibə taktikalarınız bütün dünyada hərbi sferada "game changer" oldu.
Bu gün bütün dünya bizim igidlərimizin etdiklərinə heyrandır. Bu gün bütün dünya bizim zəfərimizə heyrandır", - deyə o əlavə edib.