• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Qərbi Azərbaycan Xronikası: “İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv edib?” - VİDEO

Manşet / Cəmiyyət

30-10-2024, 01:16


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv edib?” adlı süjet hazırlanıb.

“Gündəmtv.az” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağsu, Ağtala, Ağtəpə, Ağudi toponimi və hidronimləri haqqında söz açılır.

Bildirilir ki, tayfa xisləti ilə yaşayan haylar türk-oğuz yurdlarını yalan, izitirmə və ləğvetmə siyasəti ilə girova çeviriblər.

AĞSU – Zəngəzur mahalının Qafan rayonunda çay adıdır. Bu hidronimin adı “keyfiyyətli, yararlı” mənasında işlənən “ağ” sözü ilə “çay” mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəlib.

AĞSU - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd olub. Burada 1829-cu ildən azərbaycanlılar yaşayıb. XIX əsrin axırlarında kənd ləğv edilib və indi xarabalığa çevrilib.

AĞSU ÇAYI - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda çay adıdır.

AĞTALA - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində kənd olub. 1930-cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilib.

AĞTƏPƏ - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun ərazisində kənd olub. XX əsrin ortalarında azərbaycanlılar deportasiya edilib və kənd ləğv olunub. İndi ölü kənddir.

AĞUDİ – Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Azərbaycanlılar buradan 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulublar. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 22 nəfər evinə qayıdıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən etnik torpaqlarından tamamilə qovulublar. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Aqitu qoyulub.

Sonda vurğulanır ki, adı çəkilən yer-yurd adlarının mənası, mənşəyi və yayılma arealı xalqın tarixi keçmişini özündə əks etdirən güzgüdür: “Yaddaşlara həkk olunan bu toponimlər Qərbi Azərbaycanın tarixi və nümunəsi olmaqla yanaşı, Qərbi azərbaycanlıların yaşadığı acıların, deportasiya faciəsinin qədim şahidləridir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

16-10-2024, 01:15

Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd” - VİDEO

Manşet / Cəmiyyət

31-07-2024, 00:05

Qərbi Azərbaycan Xronikası: "Qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir"

Manşet

18-07-2024, 01:00

İndiki Ermənistanın tədqiq olunmuş türk mənşəli yer-yurd adları - Qərbi Azərbaycan Xronikası - VİDEO

Manşet / Cəmiyyət

10-07-2024, 04:30

Qərbi Azərbaycan Xronikası: “Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur”

Manşet / Cəmiyyət

4-07-2024, 01:30

Qərbi Azərbaycan Xronikası: I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - VİDEO

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 11:00
    1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - İZAH
  • Bu gün, 10:40
    İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
  • Bu gün, 10:30
    Müqaviləsiz işçilərə görə milyonlarla cərimə...
  • Dünən, 16:48
    Şöbə müdiri gileyləndi: "Dərhal şəklini çəkib TV-lərə atırlar, amma özləri..."
  • Dünən, 16:35
    Azərbaycan və Bəhreyn XİN başçıları arasında geniştərkibli görüş baş tutub - YENİLƏNİB
  • Dünən, 16:10
    Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib
  • Dünən, 14:10
    Azərbaycan-Lüksemburq münasibətlərinin perspektivləri müzakirə olunub
  • Dünən, 13:24
    Azərbaycan və Pakistan bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək
  • Dünən, 13:22
    Azərbaycan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında davamlı monitorinqə dair Anlaşma Memorandumu təsdiq ediləcək
  • Dünən, 12:56
    Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabatı təhqiqat başa çatdıqdan sonra açıqlayacaq
  • Dünən, 11:12
    Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub
  • Dünən, 11:03
    Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
  • Dünən, 10:30
    Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - Səbəb nədir?
  • Dünən, 09:31
    Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
  • Dünən, 09:30
    Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
  • Dünən, 07:30
    Baku TV-nin informasiya dəstəyi ilə 10-cu Milli Marketinq Forumu keçirilib
  • Dünən, 05:30
    Hər gün bir fincan - Çobanyastığı çayının faydaları
  • Dünən, 00:30
    Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə danışıb
  • 11-05-2025, 19:01
    Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - Diqqətli olun, gələn həftə…
  • 11-05-2025, 19:00
    Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?
  • 11-05-2025, 18:31
    İsmayıl İsmayılov: Daşaltı məscidi Qarabağ memarlıq nümunələrinə uyğun inşa edilib
  • 11-05-2025, 18:24
    “Global Media Group” mediaholdinqin əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib
  • 11-05-2025, 18:08
    Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
  • 11-05-2025, 18:01
    Vətəndaşların NƏZƏRİNƏ: Qiymətlər 5 dəfə artdı- Ötən həftə 1 manat idi
  • 11-05-2025, 15:34
    Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
  • 11-05-2025, 15:10
    Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
  • 11-05-2025, 14:39
    Paşinyan Şuşa ilə bağlı əmr verdi – “Qadağandır!”
  • 11-05-2025, 14:20
    Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlanıb
  • 11-05-2025, 14:11
    Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 1 000-dək sərnişinə xidmət edəcək
  • 11-05-2025, 13:36
    Kəngərli kənd orta məktəbinin elektrik enerjisi tələbatı Günəş panelləri ilə təmin ediləcək
  • 11-05-2025, 13:30
    Yayda bu qidaları 1 gündən artıq saxlamayın! - XƏBƏRDARLIQ
  • 11-05-2025, 13:26
    Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
  • 11-05-2025, 13:25
    Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfər köçürüləcək
  • 11-05-2025, 13:20
    Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək
  • 11-05-2025, 12:28
    Afrika dövlətlərinin səfirləri BMT-nin Azərbaycanda keçiriləcək forumu barədə məlumatlandırılıblar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə