• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib

Manşet / Siyasət

12-10-2024, 14:53


Milli Məclis Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir.

Bu barədə parlamentdən məlumat verilib.

Qeyd edilib ki, yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.

"Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.

Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur" - deyə, Milli Məclisin münasibətində qeyd edilib.

Bildirilib ki, Milli Məclis sözü gedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha açığa çıxarır:

"Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olub. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir.

Milli Məclis Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırır. Biz Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıq qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır".

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

12-10-2024, 09:46

Arayikgilin “hərbi əsir” kimi qələmə verilməsinə - XİN-dən sərt cavab

Manşet / Siyasət

12-10-2024, 00:30

Azərbaycan XİN Niderlandı bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırıb

Manşet

1-10-2024, 09:50

Azərbaycan Ordusunda 1992-2004-cü illərdə cinayət törətmiş bəzi şəxslər ifşa olunublar - RƏSMİ

Manşet / Siyasət

19-09-2024, 21:05

Rəsmi Bakıdan ABŞ Konqresinə cavab

Manşet / Cəmiyyət

19-09-2024, 17:55

26 il əvvəlki qətlə görə 17 il həbs cəzası

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 11:42
    Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır - Deputat
  • Dünən, 11:07
    İnsanlar onları kameraya çəkməlidirlər, ifşa etməlidirlər - Milli Məclisdə vətəndaşlara çağırış
  • Dünən, 11:06
    İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTO
  • 22-05-2025, 20:07
    Sakinlər üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran mtk-dan Şikayət
  • 22-05-2025, 18:32
    Son üç ildə artan rəqəmlər: Cəlilabadda sosial-iqtisadi inkişaf durmadan artır - ARAŞDIRMA
  • 22-05-2025, 13:30
    Maliyyə Nazirliyi: Azərbaycanda regional maliyyə idarələri yaradılıb
  • 22-05-2025, 13:28
    Bakıda məktəblərə işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb
  • 22-05-2025, 13:21
    Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
  • 22-05-2025, 13:11
    Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
  • 22-05-2025, 12:43
    Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
  • 22-05-2025, 12:40
    Xocalının azyaşlı sakini: Burada xoşbəxt yaşayacağımıza inanıram
  • 22-05-2025, 10:43
    Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
  • 22-05-2025, 10:33
    Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
  • 22-05-2025, 10:32
    İrəvan qazılığının fəaliyyəti bərpa edilir
  • 22-05-2025, 10:31
    Azərbaycan XİN İsrailə başsağlığı verib
  • 22-05-2025, 09:40
    Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub
  • 22-05-2025, 09:30
    Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq
  • 22-05-2025, 09:22
    Xəzərdə zəlzələ olub
  • 22-05-2025, 09:00
    Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
  • 21-05-2025, 13:43
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - YENİLƏNİB-3
  • 21-05-2025, 13:30
    Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
  • 21-05-2025, 13:22
    23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
  • 21-05-2025, 13:21
    Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
  • 21-05-2025, 13:09
    Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB-2
  • 21-05-2025, 13:08
    Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
  • 21-05-2025, 13:02
    Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk
  • 21-05-2025, 13:01
    Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
  • 21-05-2025, 12:57
    Mirzoyan: Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm
  • 21-05-2025, 12:51
    Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
  • 21-05-2025, 12:46
    İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
  • 21-05-2025, 12:45
    Şöbə müdiri: Qohum evlilikləri ilə bağlı qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir
  • 21-05-2025, 12:43
    Ermənistan və Rusiya 2025-2026-cı illər üçün XİN-lərarası məsləhətləşmələr planı imzalayıb
  • 21-05-2025, 11:22
    Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
  • 21-05-2025, 11:20
    Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
  • 21-05-2025, 11:16
    İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə