• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?

Manşet / Cəmiyyət

29-09-2024, 19:51


Azərbaycanda zərgərlik bazarı saxta qızıl satışı üçün əlverişli məkana çevrilib. Mütəxəssislərin fikrincə, bu sahədə əyar nəzarətinin olmaması keyfiyyətsiz məhsulların kütləvi şəkildə bazara ayaq açması ilə nəticələnib. Bu isə vətəndaşların bazarda aldadılma riskini artırır.

Bəs, görəsən, zərgərlik bazarında əyar nəzarətinin yetərli olmamasına səbəb nədir? Vətəndaşlar qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Gündəmtv.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Nəzarətsiz bazar

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, hazırda qızıl bazarında heç bir nəzarət mexanizmi mövcud deyil:

"2019-cu ilə kimi bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Biz də vətəndaşlara bildirirdik ki, qızıl alarkən mütləq məhsulun üzərində Əyar Palatasının "rombvari" damğasının olub-olmamasına diqqət yetirsinlər. Əgər məmulatın üzərində damğa var idisə, deməli, qızıl keyfiyyətli idi. Amma indi bazarda vəziyyət tamamilə fərqlidir. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb və bazarın ən çirklənmiş seqmetlərindən birinə çevrilib. Bu sahədə böyük anarxiya var. Qanunlardakı boşluqlar səbəbindən biz istehlakçılara yol göstərə bilmirik".

E.Hüseynovun fikrincə, hökumət tərəfindən bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var:

"Hesab edirəm ki, Əyar Palatası və ya buna bənzər bir qurum yaradılmalıdır".

Kassa çeki və sertifikat tələb edin

"Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov isə bildirib ki, bazarda mövcud olan nöqsanların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar:

"Əyar nəzarətinin olmaması nəticəsində bazarda kifayət qədər saxta malların olması zərgərlərin, həmçinin də vətəndaşların aldanma riskinin yüksək olmasına gətirib çıxarır. İstehlakçılar qızıl və zinət məmulatları aldıqları zaman qızılın keyfiyyətinin 585, 750, 999.9 və ya digər əyara uyğunluğunu göstərən sənədləri, qiymətli daşların çəkisi, xalisliyi, rəng şkalası və digər parametrləri əks etdirən sertifikatları, həmçinin kassa çeki tələb etməlidirlər".

R.Əmircanov vurğulayıb ki, Zərgərlər Assosiasiyası tərəfindən mütəmadi olaraq sahibkarlar arasında maarifləndirmə işləri aparılır. Sahibkarlara qurumun əməkdaşlıq etdiyi müvafiq laboratoriyalarda ödənişsiz şəkildə qızıl məmulatlarının keyfiyyətini yoxlatmaları üçün dəstək göstərilir:

"Bildiyiniz kimi, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2019-cu ildə ləğv edilib və funksiyaları heç bir quruma həvalə edilməyib. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır. Hazırda keyfiyyətə nəzarət mexanizminin, qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatların dövlət nəzarəti və tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılır".

Dörd yeni standart qəbul olunacaq

R.Əmircanov qeyd edib ki, ölkədə istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə yeni standartlar qəbul olunub:

"Bununla bağlı 2021-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi və "AzerGold" QSC-nin nümayəndələrindən ibarət tərkibdə "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırılması üzrə Texniki Komitə təsis edilib. Komitənin fəaliyyət göstərdiyi üç il ərzində bu sahə üzrə 12 dövlət standartı qəbul olunub. Cari il ərzində daha dörd standart layihəsinin qanunvericiliyə uyğun olaraq dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur".

"Beş manat ucuza qaçmaq risk deməkdir"

İqtisadçı Fuad İbrahimov da hesab edir ki, bu sahədə dövlətə məxsus institutun olması mütləqdir:

"Müasir dövrdə insanların ehtiyat fondunu formalaşdıran bir neçə vasitə mövcuddur. Bu ehtiyat nağd vəsait, daşınmaz əmlak, o cümlədən qızıl formasında yaradıla bilər. Qızıl əlvan metallar arasında ən qiymətli hesab olunmaqla yanaşı, eyni zamanda hər kəsin iqtisadi cəhətdən güvən yeridir. Vətəndaşlar bununla öz risklərini diversifikasiya edirlər. Əgər bu qiymətli metal vətəndaşın aldığı dəyərdə deyilsə, həmin istehlakçı aldanır. Vətəndaş keyfiyyətli məhsul aldığına əmin olmalıdır. Ona görə də, adı nə olur olsun, bu sahədə dövlətin nəzarəti altında bir qurum yaradılmalıdır".

Ekspert deyib ki, hazırda bəzi satış mərkəzlərində qızıl məmulatlarının keyfiyyətini yoxlamaq mümkündür. Amma bu iş vətəndaş səviyyəsində həyata keçirildiyindən yetərli saymaq olmaz:

"Bu gün qızılın dövriyyəsini şəffaflaşdıra bilmiriksə, bu, həm dövlətin, həm vətəndaşın ziyanınadır. Vətəndaş belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və məhkəmələrə, eyni zamanda, keyfiyyətsiz məhsul aldığı mağazanın rəhbərliyinə müraciət edə bilər. Amma bunun mexanizmi olmadığından müraciətlərin əhəmiyyəti olmayacaq. Bu baxımdan İqtisadiyyat Nazirliyi mütləq nəzarətedici qurumun yaradılması istiqamətində hökumət qarşısında məsələ qaldırmalıdır. Bu sahədə pərakəndəliyə son qoyulmalıdır".

Ekspert tövsiyə edib ki, vətəndaşlar qızıl məmulatı şeçərkən mağazalara xüsusi diqqət yetirməlidirlər:

"Haradan gəldi mal almaq olmaz. Bakı şəhərində 3-4 yerdə illərlə formalaşmış qızıl bazarı var. Beş manat ucuza qaçmaq risk deməkdir. Vətəndaşlara tövsiyəm odur ki, zərgərlik məmulatı alarkən onun sertifikatını istəsinlər. Hər hansı bir problem yarananda da, şikayət üçün sübutları olsun".

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

28-09-2024, 14:40

Qızıl daha da bahalaşacaq? – MÜHÜM PROQNOZ

Manşet / Cəmiyyət

20-09-2024, 19:32

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Manşet / İdman

9-08-2024, 09:50

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb

Manşet / İdman

8-08-2024, 09:35

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib

Siyasət

11-05-2024, 16:30

Satışda olan saxta məhsulları necə ayırd edək?

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
  • Dünən, 19:34
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
  • Dünən, 18:33
    Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
  • Dünən, 12:00
    Böyük Qayıdışa dair Dövlət Proqramının monitorinqinə dair metodlar beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:54
    “İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
  • Dünən, 11:33
    Azərbaycan XİN-də yeni idarə yaradılıb
  • Dünən, 11:30
    Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
  • Dünən, 10:30
    “ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək, anlaşma memorandumu imzalanıb
  • Dünən, 10:10
    Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
  • Dünən, 09:20
    Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
  • Dünən, 08:42
    Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
  • Dünən, 07:34
    Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
  • Dünən, 07:00
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 01:10
    “Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
  • 28-06-2025, 19:37
    Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 28-06-2025, 19:23
    Azərbaycan XİN Pakistana başsağlığı verib
  • 28-06-2025, 19:10
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • 28-06-2025, 14:20
    Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
  • 27-06-2025, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • 27-06-2025, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • 27-06-2025, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • 27-06-2025, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • 27-06-2025, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • 27-06-2025, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • 27-06-2025, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • 27-06-2025, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə