Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Bu barədə “Qafqazinfo”ya Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Ə.Nuriyev bildirib ki, sayca altıncı olan sonuncu iclasda 100-dən çox müraciətə baxılıb. Toplam baxılan müraciətlərin sayı 700-ü keçib. Bundan sonra kimissiya üzvlərinin rəyləri qanuna müvafiq qaydada Prezidentə təqdim ediləcək.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.