QARABAĞ AZƏRBAYCANDIR!

Yığmamız Danimarka ilə eyni qrupa düşdü 12
2021-04-30 18:41 | 0 Rəy

Yığmamız Danimarka ilə eyni qrupa düşdü

Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Gündəmtv.az xəbər verir ki, püşkatmaya 4-cü səbətdən qoşulan Azərbaycan yığması Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.

Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul - 20 avqustda təşkil olunacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş