QARABAĞ AZƏRBAYCANDIR!

"Turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi gündəmdədir" 50
2021-03-11 23:32 | 0 Rəy

"Turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi gündəmdədir"

"Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdədir". 

Gundemtv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib. 

K. Quluzadə deyib ki, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədləri yenə də gündəmdədir: "Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi, palçıq vulkanları və digər yeni layihələrlə bağlı və s. məsələlər hamısı gündəmdə qalır. "Beşbarmaq" Dövlət Qoruğunun yaradılması da aktualdır. Sadəcə, pandemiya dövründə bu yeniliklərin həyata keçirilməsi ləngiyir".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş