QARABAĞ AZƏRBAYCANDIR!

Qayalı Marketlər Şəbəkəsində karantin qaydalarına yüksək səviyyədə əməl edilir - VİDEO 118
2021-04-02 10:38 | 0 Rəy

Qayalı Marketlər Şəbəkəsində karantin qaydalarına yüksək səviyyədə əməl edilir - VİDEO

Bir ildən çoxdur ki, dünyada tüğyan edən koronavirus infeksiyasının törətdiyi fəsadların miqyası olduqca böyükdür. Təəssüflər olsun ki, bu ölümcül bəla Azərbaycan da yan keçməyib. Elə bu səbəbdən də ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir və karantin rejimi ilə bağlı sir sıra qaydalar tətbiq olunur.

Gündəmtv.az xəbər verir ki, hər zaman karantin qaydalarının tələblərinə əməl edən Qayalı Marketlər Şəbəkəsi, virusa yoluxmanın artdığı bir vaxtda öz ənənəsinə sadiq qalır.

Marketlər şəbəkəsinə daxil olan və Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” supermarketində çəkiliş apararkən, sosial məsafəyə riayət olunduğunu, dezinfeksiyaedici məhlullardan və temperatur ölçən cihazdan istifadə edildiyini, həmçinin həm personalın, həm də istehlakçıların  tibbi maska taxdığını müşahidə etdik. Bundan əlavə mağazada müxtəlif mal və məhsulların yığılması üçün istifadə edilən səbətlər də, dezinfeksiya edilir ki, bu da virusun yayılmaması üçün çox vacibdir.

Qeyd edək ki, Qayalı Marketlər Şəbəkəsi adı altında bir çox supermarket fəaliyyət göstərir və bu obyektlərin hamısında karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur.

Gündəmtv.az

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş