QARABAĞ AZƏRBAYCANDIR!

Putin Zelenskini Moskvaya dəvət etdi 16
2021-04-22 21:36 | 0 Rəy

Putin Zelenskini Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib.

Gündəmtv.az xəbər verir ki, Rusiya Prezidenti Moskvada səfərdə olan Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı jurnalistlərin suallarına cavab verərək, Ukrayna Prezidenti Vladimir Zelenski üçün uyğun olan vaxtda onunla Rusiya paytaxtında ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib.

V.Putin vurğulayıb ki, Ukrayna dövlətinin başçısı ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, rəsmi Moskva bunu ancaq alqışlaya bilər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş