QARABAĞ AZƏRBAYCANDIR!

Millimiz İtaliya ilə eyni qrupda 37
2021-03-11 23:09 | 0 Rəy

Millimiz İtaliya ilə eyni qrupda

Futbol üzrə 19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə Çexiyada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

Gundemtv.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 7-ci qrupda Norveç, İtaliya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları İtaliyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

Qeyd edək ki, milli komandamız A qrupunda qərarlaşıb. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş