QARABAĞ AZƏRBAYCANDIR!

Bayram günü əlavə işləyənlərin maaşları necə hesablanmalıdır? - AÇIQLAMA 97
2021-03-16 18:27 | 0 Rəy

Bayram günü əlavə işləyənlərin maaşları necə hesablanmalıdır? - AÇIQLAMA

Artıq bir neçə gündən sonar bahar təravətli Novruz yurdumuza öz qədəmlərini qoyacaq. Bayram səbəbindən dövlət sahəsində çalışanlar üçün qeyri iş günü olacaq. Lakin təəssüflər olsun ki, özəl müəssisələrdə işləyənlərə adətən bayram tətili şamil edilmir. Məsələn müxtəlif market və ticarət mərkəzləri bayram günlərində fasiləsiz işlədiyindən, bu sahədə çalışanlar istirahət edə bilmirlər. Hələ bu azmış kimi alıcılıq qabiliyyəti yüksək olduğundan market sahibləri əməkdaşlarını iki qat artıq işlədirlər. Lakin əlavə iş saatına görə heç bir artıq maaş yazılmır.

Mövzu ilə bağlı Gundemtv.az-a açıqlama verən Qayalı Marketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinov bəzi marketinq sirləri ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bəzi ticarət mərkəzlərinin və iri marketlərin rəhbərləri bayram günlərində əməkdaşlarını işlədərkən məvacibi saata bölürlər və əməkhaqqını bu cür hesablayırlar: “Amma normal şərtlərdə bayram günlərində əlavə işləyənlərin maaşı ikiqat hesablanmalıdır. Qayalı Marketlər Şəbəkəsində çalışan insanlar iş saatından əlavə saxlanılacaqlarsa, o zaman  ikiqat maaş alacaqlar. Bu isə işçilərin öz razılığı əsasında həyata keçirilir. Yəni kimsə əlavə işləmək istəyərsə, ona şərait yaradılır və məvacibi də ikiqat hesablanır. Əks halda isə əməkdaş heç bir halda məcburi şəkildə əlavə işləməyə məcbur edilmir”.

Təəssüflər olsun ki, heç də bütün market və müəssisələrdə bu cür şəffaf system yaradılmayıb. Elə bu səbəbdən də insanların əməklərinin istismar olunması hallarına tez-tez rast gəlinir.

Gundemtv.az 

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş