QARABAĞ AZƏRBAYCANDIR!

Baydenlə Putin nədən danışacaqlar? 14
2021-04-28 22:48 | 0 Rəy

Baydenlə Putin nədən danışacaqlar?

ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin görüş zamanı kiber sahədə əməkdaşlıq məsələsini müzakirə edə bilərlər.

Gündəmtv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru deyib.

Onun sözlərinə görə, Rəsmi Moskva Vaşinqotna kiber sahədə dialoq qurmağı, o cümlədən etimad tədbirlərini müzakirə etməyi, həmçinin mümkün hadisələr və onların qarşısının alınması məqsədilə bir-birlərini məlumatlandırmaq üçün birbaşa ünsiyyətdən istifadə etməyi təklif edib. ABŞ isə bu təklifə hər hansı reaksiya verməyib.

“Ancaq informasiya təhlükəsizliyi məsələsi yüksək prioritet olduğundan bu mövzunun ABŞ və Rusiya liderləri arasında görüşün əsas müzakirələrindən biri olacağını deyə bilərik”, - deyə Rusiya XİN rəsmisi bildirib.

Xatırladaq ki, Bayden Putinə üçüncü ölkədə görüşməyi təklif edib. Görüşün iyunda keçirilməsi ehtimalı var.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş