QARABAĞ AZƏRBAYCANDIR!

"Azərbaycanda turistə lazım olan hər şey var" 44
2021-03-05 00:26 | 0 Rəy

"Azərbaycanda turistə lazım olan hər şey var"

Rusiyanın “100 doroq” turizm agentliyi müştərilərini Azərbaycanla tanış edib. Turizm agentliyi Altay diyarının inzibati mərkəzi olan Barnaul şəhərində yerləşir.

Gundemtv.az "Azərtac"a istinadən xəbər verir ki, agentliyin saytında tanışlıq məqsədilə təqdim olunan materialda son illərdə Barnaul sakinlərinin turizmin fəal inkişaf etdiyi qonşu MDB dövlətlərinə getdikcə daha çox diqqət ayırdıqları qeyd edilir. Azərbaycan da istisna deyil. Burada turistə lazım olan hər şey var: dəniz və çimərliklər, dağlar və xizək kurortları, müalicəvi sular və palçıqlar, görməli yerlər, yaxşı mehmanxanalar və dil baryerinin olmaması. Azərbaycanın paytaxtı Bakı bir qədər Parisə oxşayır. Fransada olduğu kimi tikilmiş yaşayış evləri, bulvarlar və parklar... Əbəs yerə XIX əsrdə bu gözəl şəhər Şərqin Parisi adlandırılmırdı.

Turizm agentliyi ölkəmizin görməli yerləri, o cümlədən Atəşgah məbədi, İçərişəhər, dünyada yeganə olan Miniatür Kitab Muzeyi, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi haqqında oxuculara məlumat verir. Bildirilir ki, Bakıda “Eurovision” və birinci Avropa Oyunları, Formula-1 kimi tədbirlər uğurla keçirilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş