QARABAĞ AZƏRBAYCANDIR!

Arif Quliyev ECMO cihazına qoşuldu 13
2021-04-28 22:31 | 0 Rəy

Arif Quliyev ECMO cihazına qoşuldu

“Bu gün atamın vəziyyəti daha da ağırlaşdı. Buna görə də onu ECMO cihazına qoşdular”.

Gündəmtv.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib.

O bildirib ki, həkimlər atasının sağlamlığına qovuşması üçün əllərindən gələni edirlər:

“Həkimlər üç gün içində vəziyyəti ilə bağlı məlumat verəcəklərini deyirlər. Atamın səhhətini diqqət mərkəzində saxladıqları üçün dövlətimizə və xalqımıza ailəmiz adından təşəkkür edirəm”.

Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş