QARABAĞ AZƏRBAYCANDIR!

Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış 31
2021-04-28 22:43 | 0 Rəy

Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.

Gündəmtv.az-ın  əldə etdiyi məlumata görə, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.

Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.

Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir. qafqazinfo

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş